Niyə Azerçay?

Azərbaycan çayı Azərbaycanın daha çox cənub bölgələrində yetişdirilən çay növüdür. Azərbaycanda çay daha çox Lənkəran, Astara, Masallı, Zaqatala, Qax və Balakən rayonlarında yetişdirilir.

Niyə Azerçay?

Azərbaycan çayı

1970–1980-ci illərdə 36 hektar sahədə çay becərilirdi və 34 ton çay istehsal olunurdu. Həmin dövrdə 15 zavod tikilib istifadəyə verilmişdir. Azərbaycanda yerli çay istehsalı 1980-ci illərin ortalarında ən yüksək həddə çatmışdır. O zaman bu rəqəm 8,6 min ton, çay plantasiyalarının sahəsi isə 13,4 min hektar idi.

300 milyon əhalisi olan SSRİ-nin çaya olan tələbatının 8–10 faizi Azərbaycan çayı hesabına ödənilirdi.

O dövrdə Azərbaycanın cənub bölgəsində ondan çox çay emalı zavodu fəaliyyət göstərirdi. Eyni zamanda, Bakıda və Lənkəranda minlərlə zəhmətkeş işçinin çalışdığı iki böyük çay qablaşdırma zavodu fəaliyyət göstərirdi.

AZERÇAY

AZERÇAY 100% təbii çaydır. O, Azərbaycanın doğmasıdır.

Bu çayda minlərlə zəhmətkeş qadın fermerlərinin əməyi vardır.

44-dən çox ölkədə satılır.

Həm Azərbaycanda, həm də dünyada Azərbaycan mədəniyyətini və adət-ənənəsini qoruyub saxlayan və ən gözəl şəkildə nümayiş etdirən tək çay markasıdır.