Azerçay - Doğma çay

"" Azerçay" 1996-cı ildən etibarən " Azersun Holding" in nəzdində fəaliyyət göstərən "Sun-Tea" fabrikində istehsal olunur. Bu çay, Azərbaycanın Lənkəran və Astara bölgələrində yetişən çay bağçalarından toplanmış yüksək keyfiyyətli çayların qarışığıdır. Çay təbii berqamotla xüsusi qaydada ətirlənmişdir. Çayın dadı yumşaq, zərif xoş ətirli, rəngi parlaq, tünd qırmızı rənglidir.

" Azerçay" in satışı  nəinki respublikada reallaşdırılır, o cümlədən bir sıra MDB dövlətlərinə (Rusiya, Qazaxıstan, Gürcüstan və s.) də ixrac edilir.

İndiyə qədər " Azərçay - Doğma Çay" sloqanı ilə yadda qalan bu çayımız istehlakçılara milli və ənənəvi Azərbaycan çayını təqdim etməklə onların davamlı və təkrarolunmaz rəğbətini qazanmışdır.

Bazarda müxtəlif markalı çaylar mövcuddur ki, onların içərisində doğma Azərbaycan çayının yerini " Azerçay" dan başqa heç bir çay vermir. Azərbaycan çayının təbiiliyini və təravətini özündə əks etdirən    " Azerçay" müvafiq istehlakçı qrupunun tələbatına tam uyğundur. Buna görə də " Azerçay" markasının hədəf kütləsi əsasən ənənəvi Azərbaycan çayını istehlak etmək istəyən, həmçinin bu çayı heç bir marka ilə əvəz etmək istəməyən doğma və yerli çaya bağlı insanlardır.

2005 və 2007-ci illərdə III və V Ümumdünya Çay və Qəhvə Festivalında " Azerçay" qara, ətirli çay nominasiyasında Qızıl medala və diplomlara layiq görülmüşdür. Eyni zamanda " Azərçay" məhsulu dünya standartlarına tam uyğunluğuna və yüksək keyfiyyət səviyyəsinə, həmçinin gigiyenik və təhlükəsizlik göstəricilərinə görə ISO 9001:2000 və İSO 22000  sertifikatlarını almışdır.